"Dünyada hər gün bir milyarddan çox insan "TikTok"a daxil olur".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu "TikTok"un Şərqi Avropa üzrə ictimai siyasət və dövlət qurumları ilə əlaqələr direktoru Dayana Rayan IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Rəqəmsal platformalar və informasiya təhlükəsizliyi: mövcud çağırışlar və əsas həll yolları" mövzusunda yan tədbirdə deyib.
"Bu ilin birinci rübündə Azərbaycan seqmenti üzərində 600 mindən çox video "TikTok" mütəxəssisləri tərəfindən platformadan silinib. Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıqdan məmnunuq və buna davam edirik", - deyə D.Rayan əlavə edib.