Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Dayanma-durmanın qadağan olunmadığı vaxtda sürücüyə yazılan protokol narazılıq yaratdı
Bakıda, Dəniz Vağzalının qarşısında avtomobil saxlayan sürücü dayanma-durmanın qadağan olunmadığı halda ona protokol yazılmasından şikayət edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.
İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə dayanma-durmanın qadağan edilmədiyi müddətdə bəzi sürücülər ikinci cərgədə avtomobilləri park edirlər ki, bu da qayda pozuntusudur:
"Həmin sürücülər barəsində də qanunamüvafiq tədbirlər həyata keçirilir. Sözügedən hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır".
Əzizə İsmayılova
"Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ)" teqi üzrə xəbərlər
- Avtokran sürücüsü cərimə protokolu ilə razı deyil: "Maşını sürə bilmirəm"
- Yol polisindən gizli buzlaşma ehtimalı ilə bağlı sürücülərə ÇAĞIRIŞ
- Sabah Bakının bir prospekti və bəzi küçələri BAĞLI OLACAQ
- Bakıda avtomobilin aşması ilə nəticələnən qəzanın detalları MƏLUM OLDU
- Bakıda qəza: KIA dörd avtomobili əzdi, özü AŞDI