Salyan şəhərində əqli qüsurlu qıza təcavüz edilib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə bu hadisə salyanlıların hiddətinə səbəb olub.
Belə ki, qızcığaz həkim müayinəsindən keçirilib. Müayinə zamanı məlum olub ki, qız 4 ayliq hamilədir.
Artıq əqli qüsuru olan qıza təcavuz edən şəxs tapılıb. ANS-in efirində yayımlanan “Adam İçində” verilişinin əməkdaşları Salyanda qıza təcavüz etməkdə şübhəli bilinən şəxsi danışdırıb.