"Ukrayna Azərbaycan və Türkiyə ilə logistik imkanlarla bağlı danışıqlar aparır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Ukrayna baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən "Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq" adlı panel müzakirədə deyib.
O bildirib ki, ölkəsi Azərbaycan və Türkiyə üçün Avropaya açılan qapı rolunu oynaya bilər:
"Biz enerji hüceyrələri yaratmışıq. Düşünürəm ki, bir neçə ölkə üçün biz qapı rolunu oynana bilərik".
Qaynar xətt:
(055) 224 12 12