Cəmiyyətdə, xüsusilə, gənclər sırasında milli təəssübkeşliyin, tarixi yaddaşın möhkəmləndirilməsi, milli vətənpərvərliyin tərbiyəsi sahəsində səylərimiz daha intensiv olmalı, bu istiqamətdə işlər sistemli şəkildə həyata keçirilməli, güclü milli vətənpərvərlik strategiyası hazırlanmalıdır.
Gün.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova dilə gətirib.
Bir sıra mətbu yazılarında, o cümlədən, MM-in mayın 14-də keçirilən növbəti plenar iclasında bu məsələyə geniş şəkildə toxunduğunu qeyd edən komitə sədrinin sözlərinə görə, gəncliyi üçün belə bir milli vətənpərvərlik strategiyasına böyük və zəruri ehtiyac var:
“Ancaq dünənki çıxışımda da qeyd etdiyim ki, əslində nə baş verir? O baş verir ki, yetişməkdə, böyüməkdə olan yeni nəslimiz, gəncliyimiz heç də milli vətənpərvərlik, Qarabağ ruhunda böyümürlər. Onlar daha çox çalıb-oynamaq, əylənmək, şou ruhunda böyüyürlər, böyüdülürlər. Bu məsələdə də telekanallarımızın “rolu”, “əməyi” daha çoxdur.
Axı, nə qədər musiqi, çalıb-oynamaq yarışması, müsabiqəsi keçirmək olar? Bununla biz hara gedirik və ya gedə bilərik? Odur ki, bunlara təcili son qoyulmalı, yeni gələn nəslimizin, gəncliyimizin milli-hərbi vətənpərvərlik, Qarabağ ruhunda böyüməsi, böyüdülməsi üçün daha konkret və məqsədyönlü addımlar atılmalıdır. Hər kəs peşəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, bu işə öz əməli töhfəsini verməyə çalışmalıdır”.
www.gun.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin