Bu gün saat 12:15 radələrində Bakının Nəsimi rayonu ərazisində kafe işlədən qadını başından balatayıblar.
Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, 3 mikrorayon ərazisində “Ağdam” kafesində qadını baltalayıblar.
Aparılan araşdırmalardan sonra, “Ağdam” kafesində baş verən qanlı cinayətin təfərrüatları məlum olub.
İşi araşdıran sahə rəisi İslam Xəlilovun ANS PRESS-ə verdiyi məlumata görə, 45 yaşlı Bərdə rayon sakini Adil İbrahim oğlu Cəmilov 1973-сü il təvəllüdlü Könül Sabir qızı Əliyevanı oğlu ilə sevgi münasibətdə olduğu üçün öldürüb.
Belə ki, Könül uzun müddətdir Adilin oğlu 23 yaşlı Əli ilə eşq macarası yaşayırmış. Bu münasibətlərə valideynləri razı deyilmişlər. Bu yaxınlarda Adil oğlunu evləndirmək istəyib. Lakin Könül buna mane olub və dəfələrlə Əlinin telefonuna mesajlar göndərir, onu narahat edirmiş. Adil Könülə oğlundan əl çəkməsini tələb etsə də, qadın buna əhəmiyyət vermirmiş.
Sonda Adil olanlardan bezib və bu gün saat 12:15 radələrində Könülün işlətdiyi “Ağdam” kafesinə gəlib. Ondan sonuncu dəfə oğlunu rahat buraxmasını tələb edib. Qadın isə onu təhqir edib. Bundan əsəbləşən A.Cəmilov baltanı Könülün başına sancıb. Ağır yaralanan qadının başından baltanı çıxara bilməyiblər. Həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
www.anspress.com
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin