“Dünən mətbuatda Mingəçevir şəhərində şəhid ailələri tərəfindən qurulmuş “şəhid bulaqları”na sayğac qoyulması barədə məlumat oxudum. Xəbər mənim üçün yeni idi, heç zaman bu problemlə bağlı mənə müraciət edilməmişdi”.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin komitə sədrinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) şöbə müdiri Aydın Mirzəzadə bildirib.
Millət vəkili qeyd edib ki, o, məsələnin həlli üçün lazım gələrsə, baş nazirə də müraciət edəcək:
“Məsələ ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladım. Məlum oldu ki, bu “Azərsu” şirkətinin bütün su istifadəçilərinə olan tələbidir. Bu gün bayramqabağı tədbirlər günü olduğu üçün məsələnin araşdırılması iyunun 16-na qaldı. Birisi gün mütləq “Azərsu”nun sədri Qorxmaz müəllim Hüseynovla danışacağam. Əgər orada məsələ həll edilməsə, Baş nazir Artur müəllim Rəsizadəyə çıxacağam. Hesab edirəm ki, şəhid adları bizim üçün əzizdir və onların adlarını daşıyan bulaqlara sayğac qoyulması düzgün deyil” - deyə millət vəkili bildirib.
13:24
Mingəçevir şəhərində sakinlərin təşəbbüsü ilə şəhid Şaiq Mustafayevin xatirəsinə çəkilən bulağa altı ay əvvəl sayğac quraşdırılıb.
Oxu.Az ARB TV-yə istinadən məlumatına görə, şəhidin həyat yoldaşı Arzu Mustafayeva deyir ki, bulaqdan suyun gəlməsi üçün hər ay 5 manat ödəyir.
Qeyd edək ki, Mingəçevirin mərkəzində ümumilikdə altıdan çox şəhid bulağının suyu kəsilib. Şəhər su kanal idarəsindən bunu həmin bulaqların köhnə şəbəkədən qidalanması ilə izah edirlər.
Mövzu ilə bağlı ətraflı reportajı təqdim edirik :
İ.N.