Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dərmandan zəhərlənərək komaya düşən qadın sağaldı
Ötən ilin son günü - dekabrın 31-də 23 yaşlı vətəndaş (qadın cinsli) dərmandan zəhərlənmə səbəbi ilə ağır vəziyyətdə Masallı rayonundan Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Oxu.Az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Bildirilib ki, xəstəyə qaraciyər hüceyrə çatışmazlığı və meninqoensefalit diaqnozları qoyulub, dərhal reanimasiya şöbəsində zəruri intensiv müalicə tədbirləri başladılıb.
Məlum olub ki, pasiyent yüksək temperaturu olduğu üçün həkim nəzarəti olmadan, gün ərzində həddindən artıq qəbul etdiyi temperatur salmaq üçün nəzərdə tutulmuş dərmanlardan zəhərlənib.
Bir həftə komada, beş gün huşu soporoz vəziyyətdə qalan xəstə Toksikologiya şöbəsinin həkimlərinin apardığı müalicələr nəticəsində həyata qaytarılıb.
Daha sonra xəstənin vəziyyəti stabilləşib, səhhətində müsbət dinamika müşahidə edilib.
"Kliniki Tibbi Mərkəz" teqi üzrə xəbərlər
- Bakıda lüks avtomobilin törətdiyi qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- HƏYƏCAN TƏBİLİ: Spirtli içkilərdən zəhərlənib ölənlərin sayı artıb
- "Ağırçəkili körpələrin tam travmasız, normal doğulması möcüzədir" - AÇIQLAMA
- "Anası qeysəriyyə əməliyyatından imtina edib" - Altı kiloqram çəkidə doğulan uşaqla bağlı AÇIQLAMA
- Azərbaycanda ötən ay neçə nəfər zəhərlənmədən ölüb?
Rəylər