Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
DİM rəsmisindən imtahanların tarixləri ilə bağlı AÇIQLAMA
“Buraxılış imtahanları keçirilən zaman bölgələrdəki epidemioloji vəziyyət nəzərə alınacaq və onun əsasında imtahanların keçirilmə ardıcıllığı müəyyən ediləcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nigar Hüseynova bildirib.
O qeyd edib ki, buraxılış imtahanlarının keçirilməsi zamanı koronavirus pandemiyası ilə bağlı vəziyyətin daha yaxşı olduğu bölgələrdən başlanacaq:
Buraxılış imtahanlarının iyundan keçirilməyə başlanılması planlaşdırılır. İmtahanların dəqiq tarixlərini indidən söyləmək mümkün deyil. Vaxtın təyin edilməsi Nazirlər Kabineti yanında operativ qərargahın məlumatlarından asılıdır.
Hazırda Gəncə və Lənkəranda koronavirusa yoluxma ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Buna görə də həmin bölgələrdə imtahanlar, yəqin ki, ən axırıncı mərhələdə keçiriləcək”.
N.Hüseynova əlavə edib ki, Bakı şəhəri də 11-ci sinif buraxılış imtahanının keçirilməsinə görə ərazilər üzrə bölünəcək.
İlhamə Əbülfət
Rəylər