Bakıda "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Din Xadimlərinin II Forumunun iştirakçıları Dağ yəhudiləri sinaqoqunu ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, ziyarət zamanı sinaqoqun yaranma tarixi və fəaliyyəti barədə məlumat verilib.
Qeyd edək ki, Azərbaycanda dağ yəhudilərinə məxsus altı sinaqoq fəaliyyət göstərir.






Bakıda "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Din Xadimlərinin II Forumunun iştirakçıları Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralını ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, daha sonra onlar Dağ yəhudiləri sinaqoqunu da ziyarət edəcəklər.
Qeyd edək ki, Azərbaycan Din Xadimlərinin II Forumu bu il dekabrın 24 keçiriləcək. "Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı" mövzusundakı tədbirdə dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, din xadimlərinin peşəkar inkişafı, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.
Tədbirə müvafiq dövlət qurumları və din xadimləri, dini təhsil müəssisələrinin müəllimləri, İlahiyyatçı alım və mütəxəssislərlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğız Respublikasının dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbər şəxslərinin dəvət edilməsi planlaşdırılır.








Bakıda "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Din Xadimlərinin II Forumunun iştirakçılarının Azərbaycan İlahiyyat İnstitutunda görüşü keçirilib.
Oxu.Az xəbər verir ki, görüşdə İnstitutun fəaliyyəti barədə məlumat verilib.
Görüşdən sonra forum iştirakçıları Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralını və Dağ yəhudiləri sinaqoqunu da ziyarət edəcəklər.
Aygün Mirakif