Qəbələ rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, rayonun Hacıalılı kəndi ərazisində Ağdam rayon sakini Bəxtiyar Əliyev idarə etdiyi yük avtomobili ilə geriyə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Qəbələ rayonu Çarxana kənd sakini, 1969-cu il təvəllüdlü İslamov Əfqan Hacı oğlunu vurub.
Xəstəxanaya çatdırılan piyada aldığı ağır bədən xəsarətlərindən orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət