Göygöldə 39 yaşlı kişi qəfil vəfat edib.
Oxu.Az xəbər verir ki, hadisə gecə saatlarında Göygöl Su Kanal idarəsində qeydə alınıb.
Qurumun əməkdaşı, Samir Həşimov növbədə olan zaman səhhəti qəfil pisləşib və vəfat edib.
O, qurumun xlorator qurğusunun operatoru olub. Hadisə yerinə təcili yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Faktı Oxu.Az-a “Azərsu” ASC-dən təsdiq ediblər.
Könül Cəfərli