Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Dövlət Su Ehtiyatları Agentliyinin binasının üstündə niyə su çəni var?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) binasının üstündə olan su çəni şəhər sakinlərinin diqqətini çəkib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Məsələ ilə bağlı ADSEA-dan Oxu.Az-a verilən açıqlamada bildirilib ki, binanın üstündəki çən artıq götürülüb.
"Binanın dam örtüyündə təmirə ehtiyac yaranmışdı. Həmin çəndə təmir üçün istifadə olunacaq su saxlanılıb. Təmir bitib və artıq çən oradan götürülüb",- deyə açıqlamada qeyd olunub.
Əzizə İsmayılova
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA)" teqi üzrə xəbərlər
- 1 saylı Sumqayıt "ASAN xidmət" fəaliyyətini qismən məhdudlaşdırıb
- Xocəsən-Biləcəri xəttində qəza baş verib, Bakının bəzi ərazilərində su kəsilib
- Azərbaycan Su Ehtiyatları Agentliyində iki qardaşa yüksək VƏZİFƏ VERİLDİ
- Şöbə müdiri: "Sudan ödənişli istifadə qaydasının diferensiallaşdırılması üçün layihə hazırlanacaq"
- "Azərbaycanın su ehtiyatlarında 20% azalma müşahidə olunur"
Ən çox oxunanlar