Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Layihələrin idarə olunması, Fərdi uçota nəzarət və Sosial sığorta departamentləri, habelə SÖTMF üçün ofis sahəsinin və binanın daxilində arxiv sahəsinin icarəsi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 1 milyon 372 min manat təşkil edir.
Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində ümumi sahəsi 5 040 kvadratmetr olan ofis sahəsinin, həmçinin həmin binada yerləşən 550 kvadratmetrlik arxiv sahəsinin icarəyə götürülməsi nəzərdə tutulur. Arxiv sahəsinin təhlükəsiz və rahat giriş-çıxış imkanlarına malik olması tələb edilir.