Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qatı duman səbəbindən ehtiyat aeroporta göndərilən təyyarələr Bakıya eniş ediblər
Bakı aeroportunda qatı duman səbəbindən Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən AZAL-ın üç reysi artıq Heydər Əliyev Beynəlxalq Aeroportuna çatıb.
Bununla bağlı Oxu.Az-a AZAL-dan məlumat verilib.
Belə ki, Moskva-Bakı, Təl-Əviv-Bakı və İstanbul-Bakı marşrutu üzrə uçuşlar həyata keçirən təyyarələr müvafiq olaraq saat 10:14, 11:27 və 12:49-da Bakıya enib.
Bakı hava limanında qatı duman səbəbindən uçuşları Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən sərnişinlərin daşınması üçün xüsusi reyslə ehtiyat uçuş heyəti göndərilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC (AZAL) məlumat yayıb.
Qeyd olunub ki, bu tədbir sözügedən üç reysin uçuş heyətinin iş saatlarının başa çatması ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib.
"Heydər Əliyev Beynəlxalq Aeroportunda hava şəraiti yaxşılaşdıqca, təyyarələr tədricən Bakıya yola düşəcək.
Belə ki, Moskva-Bakı marşrutu üzrə (J2-808) uçuş həyata keçirən AZAL-a məxsus təyyarələrdən biri artıq Gəncə Beynəlxalq Hava Limanından havaya qalxaraq saat 10:14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib. Digər iki təyyarə də hazırda uçuşa hazırlanır", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Yanvarın 13-dən 14-nə keçən gecə "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin İstanbul-Bakı (J2-078), Moskva-Bakı (J2-808) və Təl-Əviv-Bakı (J2-322) reysləri təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən ehtiyat hava limanına yönləndirilib.
Bu barədə Oxu.Az-a AZAL-a istinadən xəbər verir.
Qeyd olunub ki, təyyarələr Gəncə Beynəlxalq Hava Limanında uğurla eniş edib.
Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən sərnişinlər lazımi vasitələrlə təmin olunacaqlar:
"Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər".
Bundan əlavə, "IrAero" aviaşirkətinə məxsus SU95 tipli Novosibirsk-Bakı reysi təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən kapitanın qərarı ilə ehtiyat hava limanına yönləndirilib.
Qeyd edək ki, Bakı aeroportu ərazisindəki duman səbəbindən bir sıra reyslərin cədvəlinə dəyişikliklər edilib.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Lavrov: "Rusiya Azərbaycanla münasibətlərin inkişafını yüksək qiymətləndirir"
- Təyyarə qəzasından 4 gün sonra ayılan Zaqatala sakini xəstəxanadan evə BURAXILDI
- Azərbaycanın konkret tələbi: Təyyarə qəzası ədalətli araşdırılmalıdır
- AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlardan daha bir nəfər evə buraxılıb
- Radarda təyyarənin obyekt, yoxsa dron olduğu bilinir? - Türkiyəli pilotlar detalları AÇIQLADILAR
Rəylər