Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qərbi Azərbaycan İcması BMT Baş katibi və qurumun rəsmilərinə məktublar ünvanlayıb
Qərbi Azərbaycan İcması (QAİ) BMT baş katibi Antonio Quterreşə və qurumun insan hüquqları üzrə ali komissarı Folker Türkə məktublar ünvanlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə QAİ məlumat yayıb.
Bildirilib ki, son günlərdə Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın prezidenti qismində etdiyi, azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu təsdiq edən çıxışının videoyazısı mətbuatda yayılıb:
"Hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Ter-Petrosyanın bu bəyanatı Ermənistanın sistemli etnik təmizləmə siyasətini və bu kimi fəaliyyətlərə rəvac verən təhlükəli irqçilik ideologiyasını sübut edən fövqəladə əhəmiyyətə malik bir dəlildir".
Vurğulanıb ki, bu bəyanat etnik təmizləmə və işğal siyasətinin arxasında məqsədyönlü niyyətin olmasını, Ermənistanın dövlət məsuliyyətini, insanlığa qarşı cinayətlərin və sülh pozuculuğu cinayətlərinin sistemli və mütəşəkkil xarakterini və konkret planın mövcudluğunu sübut edir:
"Qərbi Azərbaycan İcması bu məsələ ilə bağlı BMT baş katibi Antonio Quterreşə və BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Folker Türkə məktublar ünvanlayıb. Məktublarda Ermənistanın sistemli şəkildə dövlət səviyyəsində həyata keçirdiyi irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanması üçün çağırış edilir".
"Antonio Quterreş" teqi üzrə xəbərlər
- Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir
- Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul edilib
- Moldova portalı: Azərbaycan COP29-da ekoloji diplomatiya sahəsində sıçrayış etdi
- Səudiyyə qəzeti COP29-un nəticələri barədə yazıb
- BMT baş katibi Azərbaycana təşəkkür etdi: "COP29-da razılaşma gələcək inkişaf üçün əsas yaradır"