Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dünən Gəncə və Göygöldə zəhərlənənlərin vəziyyəti açıqlanıb
Gəncə Şəhər Mərkəzi Xəstəxanasına qida zəhərlənməsi şübhəsi ilə müraciət edən hər bir şəxsə zəruri tibbi xidmət göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasına isə üç fərqli ərazidən qida zəhərlənməsi şübhəsi ilə daxil olan şəxslərdən isə 37 nəfərə zəruri tibbi xidmətlər göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar. Hazırda üçü uşaq olmaqla 15 nəfərin müalicəsi davam etdirilir.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər