Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Qarabağ" 16 illik göstəricini təkrarlayıb
2024/25 mövsümünə iki böyükhesablı qələbə ilə başlayan "Qarabağ" 16 illik göstəricini yeniləyib.
Oxu.Az PFL-in (Peşəkar Futbol Liqası) rəsmi saytına istinadla xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda "Araz-Naxçıvan"a 4:1, "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəlib. Ölkə çempionatlarının 32 illik tarixində 5-ci dəfə bir komanda startda iki böyükhesablı qələbə qazanıb. "Qarabağ" bunu üçüncü dəfə bacarıb. 1993/94 və 2003/04 mövsümlərində də oxşar ssenari yaşanıb.
2000/01 mövsümündə "Neftçi" ilk iki oyununda üç və ya daha çox top fərqi ilə qalib gəlib.
Sonuncu belə start isə 2008/09 mövsümündə gerçəkləşib. 16 il əvvəl "Qəbələ" ilk iki görüşdə böyük hesabla qalib gəlib.
"Qurban Qurbanov" teqi üzrə xəbərlər
- Azərbaycanın Avropa çempionu olan yunan-Roma güləşi üzrə millisi Vətənə qayıdıb
- Qurban Qurbanova hücum xətti üçün 14 futbolçu təklif olunub
- Azərbaycanın yunan-Roma güləşi üzrə millisi Avropa çempionu oldu
- Avropa çempionatı: Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
- Qurban Qurbanov: "Heç kimdən küsməmişəm"