Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
BDYPİ-dən kritik hava şərtləri ilə əlaqədar sürücülərə ÇAĞIRIŞ
"Ölkə ərazisində yağan aramsız yağışlar avtomobil yollarında, xüsusilə paytaxtın küçə və prospektlərində bir sıra çətinliklər yaradıb. Yollarda hərəkətin nizamlanması, eləcə də fəsadların aradan qaldırılması məqsədilə, DYP əməkdaşları gecə saatlarından etibarən aidiyyəti qurumlarla birgə çalışır".
Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, hazırda respublika əhəmiyyətli avtomobil yollarında YPX Alayının əməkdaşları tərəfindən nəqliyyatın intensiv hərəkəti təmin olunmaqla fasiləsiz xidmət aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraitinin yol hərəkəti iştirakçıları üçün əlverişsiz olduğunu nəzərə alaraq, bir daha onları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yolların sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri ilə əlaqədar sürücüləri ehtiyat tədbirləri görməyə çağırır.
Yağmurlu hava şəraiti ilə əlaqədar hazırda paytaxtın Nərimanov rayonunda yerləşən "Bağırov körpüsü"nün altında, Sabunçu rayonundakı "Komsomol dairəsi" ərazisində və Xətai rayonu "Nargilə dairəsi" adlanan ərazidə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
"Polis, o cümlədən dövlət yol polisinin əməkdaşları və aidiyyəti qurumların nümayəndələri tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Sürücülərdən xahiş edirik ki, qeyd edilən istiqamətlər üzrə zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər", - deyə müraciətdə bildirilir.
"Yağışın fəsadları" teqi üzrə xəbərlər
- Sumqayıtda şagirdlər yağış sularına görə ÇIXILMAZ VƏZİYYƏTDƏ
- Masazırda küçələri su basdı: 25 nəfər təxliyə edildi - RƏSMİ
- Bakıda məktəbin qarşısında yaranan ANTİSANİTAR vəziyyət aradan qaldırılıb
- Sulutəpə qəsəbəsində həyətləri su basdı, küçələr KEÇİLMƏZ OLDU
- Bakıda yağışlı hava qəzalara səbəb oldu: 16 istiqamət üzrə sıxlıq müşahidə edilir
Rəylər