Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamının icrası başa çatıb.
Oxu.Az-ın məlumatına görə, sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində icra olunaraq başa çatdırılıb.
Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncamın icrası Penitensiar Xidmətin 2 və 17 saylı cəzaçəkmə müəssisələrində həyata keçirilib.
Oxu.Az-ın məlumatına görə, bu müəssisələrdən 4 nəfər azadlığa buraxılıb. Azadlığa buraxılan keçmiş məhkumların hamısı Azərbaycan vətəndaşlarıdır.
Bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncamın icrasına başlanılıb.
Oxu.Az-ın məlumatına görə, əfv sərəncamı 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1 nəfər isə azadlığı məhdudlaşdırılmış məhkumlardır.
Əfv edilənlərdən ikisi Türkiyə, biri Pakistan, biri Rusiya, biri Fransa və 15-i isə Azərbaycan vətəndaşlarıdır.