Azərbaycanda baş verən yeraltı təkanlar Şamaxı və Bakı ərazisində zəlzələ ocağında baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli məlumat verib.
“Zəlzələnin maqnitudası 5,80 olub. Təkanlar yerli vaxtla saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul ərazisində qeydə alınıb. Zəlzələ paytaxtda və ölkənin bir çox rayonlarında hiss olunub”, - deyə Tahir Məmmədli məlumat verib.
Onun sözlərinə görə, zəlzələ çox güclüdür:
“Bu yeraltı təkanlardan sonra, çoxlu sayda avtorşoklar olacaq. Hazırda mütəxəssislərimiz zəlzələ baş verən ocaqda işləyir. Zəlzələnin mərkəzi öyrənilir”.