Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 9 milyon 144 min 217 manat təşkil edir.
Müvafiq sənədə əsasən, satınalma çərçivəsində ölkə üzrə təhsil müəssisələrində cari və əsaslı təmir, eləcə də kommunal-kommunikasiya sistemlərinin yenilənməsi işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Satınalma siyahısına ümumilikdə 9 092 adda iş və material daxildir. Bunların arasında radiatorların sökülməsi, su təchizatı borularının çəkilməsi, PPR kompozit boruların quraşdırılması, qoruyucu muftaların, müxtəlif tikinti materiallarının, elektrik, su, kanalizasiya, istilik və digər mühəndis-kommunikasiya sistemlərinə aid işlər yer alır.