İranın cənub ərazisində yerləşən Bəndər Abbas liman şəhərində partlayış səsləri qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Bildirilib ki, qısa müddət öncə şəhərin qərb istiqamətində beşə qədər partlayış səsi eşidilib. Məlumata əsasən, Bəndər Abbasın qərb hissəsində yerləşən mülki yaşayış məntəqələrinə və Hacıabad şəhərinə hücumlar nəticəsində üç nəfər həyatını itirib.
Qeyd edək ki, son günlər ABŞ İranın müxtəlif şəhər və rayonlarında yerləşən obyektlərə zərbələr endirir. İyulun 14-ə keçən gecə həyata keçirilən əməliyyat zamanı İranın Buşəhr, Cask, Konarak, Bəndər Abbas və Çabahar şəhərləri, eləcə də Əbu-Musa adası hədəfə alınıb.