Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələri İrana qarşı həyata keçirdiyi və təqribən beş saat davam edən növbəti hücum əməliyyatını yekunlaşdırıb.
Oxu.Az xəbər verir ki, bu məlumatı ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi olaraq açıqlayıb.
"Mərkəzi Komandanlıq İrana yönəlmiş zərbələr seriyasını ABŞ-nin Şərq sahili vaxtı ilə saat 22:15-də bitirib. Beş saatlıq hərbi missiya çərçivəsində ABŞ qüvvələri İran daxilindəki hərbi hədəfləri uğurla məhv edib", - deyə komandanlığın "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.
Məlumata görə, hücumlar zamanı xüsusilə Buşehr, Cask, Konarak, Bəndər-Abbas və Çabahar şəhərləri, eləcə də Əbu-Musa adası hədəfə alınıb.
Bundan başqa Mərkəzi Komandanlıq Yaxın Şərq ərazisində xidmət edən Amerika Birləşmiş Ştatları hərbi qulluqçularının sayının 50 min nəfərdən çox olduğunu da açıqlayıb.
"Hazırda 50 mindən çox ABŞ hərbçisi Yaxın Şərq bölgəsində dislokasiya olunub", - komandanlığın "X" platformasında yaydığı bəyanatda bildirilib.
ABŞ İrana növbəti zərbələr endirməyə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" platfromasında məlumat paylaşıb.
"Bu gün Şərq vaxtı ilə saat 16:45-də (Bakı vaxtı ilə 14 iyul, saat - 00:45 - red.) ABŞ Mərkəzi Komandanlığı ali baş komandanın göstərişi ilə İrana qarşı ardıcıl üçüncü gecə zərbələr endirməyə başlayıb.
Bu zərbələr İran qüvvələrinə ciddi zərər vurmağa davam edəcək və onların Hörmüz boğazında dinc sakinlərə və kommersiya gəmilərinə hücum etmək imkanlarını zəiflədəcək" , - deyə CENTCOM-un paylaşımında vurğulanır.