Əməkdar artist Cabir İmanov dəfn edilib.
Oxu.Az xəbər verir ki, o, Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun yaxınları, dostları, ictimaiyyət nümayəndələri, sənət yoldaşları iştirak ediblər.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi başa çatıb.
Oxu.Az xəbər verir ki, Cabir İmanovun nəşi dəfn olunmaq üçün Yasamal rayonundakı Qurd qapısı qəbiristanlığına aparılır.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, vida mərasimində xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Mərkəzi Bankın sədri Taleh Kazımov və digər rəsmilər iştirak edirlər.
Vida mərasimində Cabir İmanovun qardaşı Tahir İmanov çıxış edir.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, vida mərasimində mərhumun ailəsi, yaxınları, dostları, sənət yoldaşları iştirak edirlər.
Vida mərasiminin ardınca cənazə Yasamal rayonundakı Qurd qapısı qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq.





Daha çox foto burada: PhotoStock.az
Əməkdar artist Cabir İmanovun nəşi Nərimanov rayonundakı Cümə məscidinə gətirilib.
Oxu.Az xəbər verir ki, hazırda C.İmanovun xatirəsinə cənazə namazı qılınır.
Cənazə namazından sonra Cabir İmanovun nəşi vida mərasimi üçün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinə aparılacaq.
Xatırladaq ki, Cabir İmanov sentyabrın 29-da infarkt keçirərək dünyasını dəyişib.
Məhərrəm Əliyev