Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Ağdama getmək istəyən əhaliyə çağırış edib.
O, bu barədə özünün “Twitter” hesabında məlumat paylaşıb.
“Səfərə qatılmaq üçün agdam@pa.gov.az elektron poçtuna şəxsiyyət vəsiqəniz və COVID-19 pasportunun (və ya immunitet sertifikatı və ya peyvəndə əks-göstəriş barədə arayışın) şəklini göndərməyiniz tələb olunur.
Şəhid ailələri, qazilər və yaşı 60-dan yuxarı olan Ağdam əhalisinə üstünlük verilir”, - deyə E.Hüseynov qeyd edib.
Salam! Səfərə qatılmaq üçün agdam@pa.gov.az elektron poçtuna şəxsiyyət vəsiqəniz və COVİD pasportun (və ya immunitet sertifikatı və ya peyvəndə əks-göstəriş barədə arayışın) şəklini göndərməyiniz tələb olunur. Şəhid ailələri, Qazilər və Ağdam əhalisinə (60+) üstünlük verilir.
— Emin Huseynov (@emin274) September 5, 2021