Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ən özəl günlərin ən gözəl hədiyyəsi – “Artist” rəsm qalereyasından – Foto
Bəzən dillə deyə bilmədiklərimizi ya kağıza köçürür, ya tabloya çeviririk.
Qələmin söz yükünü rənglərə hopduran firça müxtəlif çalarların harmoniyasında daha təsirli olur.
Beləcə, bir rəssam duyğusu ilə baş-başa qalır, saatlarla onun dünyasının əsiri olursan.
Yəqin bu səbəbdəndir ki, tablolar hər zaman öz dəyərinə, təsir gücünə və estetikliyinə görə ən qiymətli hədiyyələr sırasında olub. İnsanların bir-birinə bəxş etdiyi bu əvəzedilməz hədiyyə illər boyu özündə ən gözəl xatirələri yaşadıb. Əsrlər, qərinələr keçsə də heç vaxt dəyərini itirməyib.
Siz də sevdiklərinizə dəyər verin. Bu dəyərin ünvani isə - “Artist” qalereyasıdı. Şedevr əsərlərin, unikal əl işlərinin məkanı olan “Artist” əsl axtardığınız yerdir. Zövq və düşüncənin vəhdətindən doğan bir tablo sizi ən xoş xatirənin sahibi edəcək. Bundan gözəl hədiyyə nə ola bilər ki?!
Elə isə fürsəti qaçırmayaq: 31 dekabr 2013-cü il tarixdə, Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə məhz bu məkanda keçiriləcək möhtəşəm tədbirə tələsin.
Həmin gün Azərbaycan rəssamlarının ən unikal əsərlərindən ibarət sərgi keçiriləcək. Sərgidə bəyəndiyiniz tabloları əldə etmək imkanınız da var.
Ən özəl günlərin ən gözəl hədiyyəsi – “Artist” rəsm qalereyasından.
Sevdiklərinizə dəyər verin...