Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin sayı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə qaliblərin mükafatlandırılması məqsədilə keçirilən mərasimdə məlumat verilib.
Bildirilib ki, müsabiqədə 9-11-ci siniflər olmaqla ümumilikdə 3 950 şagird iştirak edib. Müsabiqə paytaxt ilə yanaşı, regionlarda da həyata keçirilib.
Rayon və şəhərlərdən 95 şagird yekun mərhələyə vəsiqə qazanıb.
Yekunda şagirdlər 75 mövzudan biri üzrə təqdimatla çıxış ediblər.
Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş müsabiqə komissiyası tərəfindən qiymətləndirilib.
35 nəfər müsabiqənin qalibi olub. Onlardan altısı birinci, 13-ü ikinci, 16-sı isə üçüncü yerə layiq görülüb.
Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif