"Qarabağ Universitetinə 1300-1400 tələbənin qəbul olması planlaşdırılır".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayevin ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bu ali təhsil müəssisəsində tələbə sayının 2500-ə çatdırılması planlaşdırılır:
"Qarabağ Universiteti təhsil üçün önəmli müəssisəsidir. Burada bir çox yeni layihələr həyata keçirilir".
Aygün Mirakif