Ermənistanın baş naziri Ovik Abramyan və müdafiə naziri Seyran Ohanyan Azərbaycan sərhədinə gəlib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Abramyan və Ohanyan gecə saatlarında Azərbaycan sərhədində yerləşən Tavuş rayonuna səfər edib.
Onlar bir sıra hərbi qulluqçularla görüşlər keçirib. Görüşlərdə son vaxtlar Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov da cəbhə bölgəsinə səfər edib. Hazırda nazirin Ağdam rayonunda olduğu bildirilir. Bundan öncə isə nazir Goranboyda olub, bəzi hərbçiləri təltif edib.