Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ETSN: “Əməkdaşlarımız Gədəbəydə monitorinq və araşdırmalar aparırlar”
Gədəbəy rayonu ərazisində yerləşən qızıl mədənində istismar prosesində ətraf mühitin çirkləndirilməsi ilə bağlı monitorinqlər aparılır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
O bildirib ki, məsələdən məlumatlıdırlar:
“Əməkdaşlarımız tərəfindən araşdırmalar aparılır. Söyüdlü kəndində yerləşən Gədəbəy qızıl mədənində aidiyyəti üzrə bütün təsirlər öyrəniləcək. Zəruri olan bütün təhlillər aparılacaq. Nəticələr barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək”.
Qeyd edək ki, Gədəbəyin Söyüdlü kəndində yerli sakinlər qızıl mədənindən çıxan sianidli suyun çökdürülməsi üçün süni gölün yaradılmasına etiraz edirlər.
Könül Cəfərli
Mövzuya aid xəbərlər
- Gədəbəy rayon İH başçısı insidentin baş verdiyi Söyüdlü kəndinə getdi
- “AzerGold”: "Gədəbəydəki məsələ ilə heç bir bağlılığımız yoxdur" - AÇIQLAMA + VİDEO
- DİN Gədəbəydə baş vermiş hadisələrlə bağlı yeni açıqlama verib - VİDEO
- DİN: “Gədəbəydə polislərin gözyaşardıcı qaz tətbiq etməsi ilə bağlı xidməti yoxlama aparılır” - VİDEO
- DİN: “Gədəbəydə bir qrup şəxs inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib”
Rəylər