Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Əyyub Çələbi 30 sutkalıq həbs olundu
Hazırda həbsdə olan Qubad İbadoğlunun rəhbəri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının gənclər təşkilatı komitəsinin üzvü Əyyub Çələbi həbs olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Oxu.Az-a bildirib ki, Əyyub Çələbi polis əməkdaşları tərəfindən saxlanılıb.
O, ictimai qayda pozuntusuna görə, məhkəmə qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.
"Quba" teqi üzrə xəbərlər
Ən çox oxunanlar