Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul etdi. Dövlət başçısı Azərbaycanın Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam etdiyini bildirdi.
Erməni təxribatlarından növbəti biri: Xocavənddə ucaldılan faşist Qaregin Njdenin abidəsi hələ də sökülməyib. İşğalçı ölkə kapitulyasiya aktına imza atsa da, baş verənlərdən dərs çıxarmır.
Gəncədə yağış suları gündəlik həyatı iflic etdi. Qəsəbə sakinləri aidiyyəti qurumlardan imdad diləyir.
Daha ətraflı BAKU NEWS-un 17:00 buraxılışında: