Dünən Xaçmaz rayonunda Nabran istirahət mərkəzi yaxınlığında meşədə özünə qəsd etmiş gənc oğlan meyiti aşkar edilib.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, bu barədə Xaçmaz rayon Polis İdarəsində bildiriblər.
İstintaq zamanı gəncin kimliyi müəyyən edilib. Bu yerli sakin 1992-ci il təvəllüdlü Fətəliyev Şəhriyar Rafiq oğlu olub.
Eləcə də intiharın səbəbi də müəyyənləşdirilib. Fətəliyev fəhlə işləyirdi, intihar addımını isə sevgilisi ona nişan üzüyünü qaytardıqdan sonra atıb.
Fakt üzrə istintaq gedir.