Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə iki vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, dərhal köməksiz vəziyyətdə qalan şəxslərlə rabitə əlaqəsi yaradılıb və koordinatları müəyyən edilərək aidiyyəti üzrə ötürülüb.
Hazırda vətəndaşlar Elnur Nəciyevin və Emil Cəbrayılovun aidiyyəti qurumlarla koordinasiyalı şəkildə təxliyə edilməsi istiqamətində işlər aparılır.
22:08
Azərbaycanda iki gənc alim itkin düşüb.
Oxu.Az-ın məlumatına görə, Elnur Nəciyev və Emil Cəbrayılov Quba-İsmayıllı istiqamətində yoxa çıxıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan şəxslərlə bağlı polisə müraciət edilib, barələrində axtarış elan olunub və tapılmaları istiqamətində tədbirlər görülür.
Emil Cəbrayılov

Elnur Nəciyev
:640.jpeg)
İlhamə Əbülfət