Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
Füsunkar təbiətin suya qovuşduğu yer - FOTO/VİDEO
Tərtər rayonunun Suqovuşan qəsəbəsi Qarabağın ən gözəl guşələrindəndir. Əhatəsindəki dağlar, Tərtərçay və su anbarı buraya xüsusi gözəllik verir.
Burada artıq Turizm İnformasiya Bürosu inşa olunub, sahilboyu park salınıb, oturacaqlar, söhbətgahlar quraşdırılıb, ictimai iaşə obyekti yaradılıb, avtodayanacaq tikilib.
Ərazinin dağ iqlimi, füsunkar, gözəl təbiət mənzərələri, tarixi abidələri, su anbarı, eləcə də, Tərtər və Naftalandan qəsəbəyə gələn avtomobil yollarının yenidən qurulması Suqovuşanın tezliklə turizm məkanı kimi şöhrət qazanacağını şərtləndirir.
Xatırladaq ki, Tərtər rayonunun Suqovuşan qəsəbəsi 2020-ci ilin oktyabr ayının 3-də erməni işğalından azad olunub.
Qeyd edək ki, yol infrastrukturunun yenidən qurulması, Suqovuşanda turizm obyektlərinin tikilməsi bu coğrafiyada əlavə biznes sahələrinin yaradılmasına da öz müsbət təsirini göstərəcək, sahibkarların investisiya yatırması üçün əlverişli şərait yaradacaq.
“Trend”in əməkdaşının Suqovuşandan hazırladığı reportajı təqdim edirik:
"Qarabağ" teqi üzrə xəbərlər
- Güllə səsi ilə susdurulan son toyun 30 il sonra cuşa gələn çal-çağırı
- Erməni general: "Daşnak" taborunda Qarabağdan olanlarla yanaşı, Ermənistan vətəndaşları da var idi"
- Qukasyan: "1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı"
- Şuşa əməliyyatı ilə bağlı film: Çəkilişlər harada və nə zaman başlayır? - ÖZƏL
- Qarabağda və Şərqi Zəngəzurda peşə təhsili müəssisələri ilə bağlı görülən işlər AÇIQLANDI