““Garant Holding” iftar süfrəsinə dəvət edir” aksiyası davam edir.
Oxu.Az-ın məlumatına görə, iyulun 24-ü Nərimanov metrosu yaxınlığında səyyar çadır quruldu. Yarım saat ərzində 400 insanın qonaq olduğu mərasim holdinq əməkdaşlarının iştirakı ilə reallaşdı.
“Garant Holding”-in Direktorlar Şurasının sədri Anar Məmmədovun təşəbbüsü ilə həyata keçirilən aksiyanın dördüncü günü holdinqin Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə səyi nəticəsində ərsəyə gəlib.
“Garant Holding”-in İftar süfrəsinin qonaqlarına Mərcan toyuq məhsullarından hazırlanmış yüngül təamlar və “Yarsu” qazlı və qazsız içkilər paylandı. Çadırla yanaşı, nəqliyyatın sıx olduğu nöqtələrdə sürücü və sərnişinlərə iftar açılması üçün labüd olan su və xurma paylandı. Ümumilikdə aksiya 3000 nəfər insanı ətrafına toplaya bildi. Onu da qeyd edək ki, aksiyanın beşinci günü, yəni iyulun 25-də eyni qaydada insanların sıx olduğu məkanda növbəti çadır qurulacaq. Saat 21:00-dan etibarən iftarını açmağa hazırlaşan hər kəs bu süfrəyə qonaq ola bilər. Bununla yanaşı, aksiya bu gün, şəhərin 10 nöqtəsində svetofor və dayanacaqlarda su və xurma paylanması ilə davam edəcək.
“Garant Holding”-in iftar süfrəsinə hər kəs dəvətlidir!