“Garant Holding iftar süfrəsinə dəvət edir” aksiyası davam edir.
Şirkətdən Oxu.Az-a verilən məlumata əsasən, dünən, iyulun 14-də Bakı şəhərində, eləcə də Ucar rayonunda işıqfor və dayanacaqlarda insanlara su və xurma paylanması ilə yanaşı, Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Hüseyn Cavid parkında qurulan çadırdan iftar açanlara yüngül yemək ikram olundu.
Yarım saat ərzində 350 insanın qonaq olduğu mərasim holdinq əməkdaşlarının iştirakı ilə reallaşdı.
“Garant Holding”in iftar süfrəsinin qonaqlarına Mərcan toyuq məhsullarından hazırlanmış yüngül təamlar, su və xurma paylandı.
Aksiyanın ikinci günü də 2500-ə yaxın insanı əhatə etdi.
Sözügedən Ramazan aksiyası “Garant Holding”in təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə ənənəvi səciyyə alıb.
Belə ki, ““Garant Holding” iftar süfrəsinə dəvət edir” sloqanı altında həyata keçirilən Ramazan aksiyası bu gün də eyni qayda ilə davam edəcək.
İşıqforlarda su və xurma paylanacaq, səyyar çadır isə bu dəfə Nərimanov rayonunda hər kəsi iftar süfrəsinə qonaq edəcək.
Gəlin, “Garant Holding”in iftar süfrəsinə siz də qonaq olun!