“Garant Holding iftar süfrəsinə dəvət edir” aksiyası davam edir.
Şirkətdən Oxu.Az-a verilən məlumata əsasən, dünən, iyulun 15-də, səyyar çadır Nərimanov Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Nəriman Nərimanov” metrosu yaxınlığında quruldu.
Ötən günlərdə olduğu kimi işıqfor və dayanacaqlarda insanlara su və xurma paylanıldı.
Aksiyanın üçüncü günü də 2500 yaxın insanı əhatə etdi.
Sözügedən Ramazan aksiyası “Garant Holding”in təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə ənənəvi səciyyə alıb.
Belə ki, ““Garant Holding” iftar süfrəsinə dəvət edir” sloqanı altında həyata keçirilən Ramazan aksiyası bu gün də eyni qayda ilə davam edəcək.
Gəlin, “Garant Holding”in iftar süfrəsinə siz də qonaq olun!
E.Ə.
www.oxu.az