Bu gün “İrəli” İB və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu İsmayıllı rayonunda həyata keçirdiyi “Gənc Əkinçi” layihəsinin ikinci gününə başlayıb.
Oxu.Az xəbər verir ki, təlimlərə televiziya, xəbər saytları, qəzetlərdən olmaqla 30-dan artıq gənc jurnalist qatılıb.
Xatırladaq ki, dünən layihənin açılış mərasimində gənc jurnalistlər İsmayıllı rayonunun icra başçısı Mirdaməd Sadıqov və bir çox ekspertlərlə görüşüb.
Qeyd edək ki, layihənin İsmayıllıda keçirilməsinə səbəb 2015-ci ildə adıçəkilən rayonun Gənclər paytaxtı elan olunmasıdır. Məlumat üçün bildirək ki, layihə martın 15-dək davam edəcək.
Ülviyyə R. Əli/İsmayıllı