Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədov Ağamir Azər oğlunun yaşadığı evdə intihar etməsi ilə bağlı ilkin səbəb bilinib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib.
Belə ki, A.Məmmədovun atası onun əlində olan telefonu alıb və dərslərini oxumasını istəyib. Atasının sözünə hirslənən uşaq bu addımı atıb.
Faktla bağlı araşdırma aparılır.
16:11
Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədov Ağamir Azər oğlu bu gün günorta saatlarında yaşadığı evdə intihar edib.
Oxu.Az xəbər verir ki, bu haqda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.
Ağamir Məmmədovun intihar etməsinin səbəbləri məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
İlhamə Əbülfət