Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Zaxarova ATƏT-in Azərbaycandakı prezident seçkisi ilə bağlı hesabatını tənqid etdi - VİDEO
“Hər nə iş görülsə də, nə qədər namizəd olsa da, hansı platformaya, hansı partiyaya mənsubluğundan asılı olmayaraq, onlar üçün əvvəlcədən müəyyən edilmiş siyasi qərəzdən başqa heç nə önəmli deyil”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova Federasiya Şurasının komissiya iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçirilən seçki ilə bağlı hesabatını şərh edərkən deyib.
O, qurumun Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı hesabatını tənqid edib.
“ATƏT/DTİHB-yə bir sualım var: Onlar ümumiyyətlə dövlət üçün kritik məqamda cəmiyyətin konsolidasiya konsepsiyası haqqında nəsə eşidiblərmi? Məncə, yox. Heç nə eşitməyiblərsə, deməli, seçkini necə müşahidə etmək barədə heç bir təsəvvürləri yoxdur”, - deyə o bildirib.
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Rusiya Azərbaycan və Ermənistan nümayəndələri arasında təmaslar üçün platforma yaratmağa hazırdır
- Rusiya və ABŞ nümayəndələrinin növbəti görüşü nə vaxt baş tutacaq? - Zaxarovadan AÇIQLAMA
- Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb
- Zaxarova: "Rusiya Ukrayna danışıqlarına ABŞ nümayəndəsinin təyin olunmasını gözləyir"
- Zaxarova Zelenski barədə: "Tramp və Vens necə özlərini saxlayıb onu vurmadılar?!"