Gəncədəki restoranların birində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Mirzə Abbas Şərifzadə küçəsində baş verdiyi bildirilib.
Qeyd olunub ki, hadisə gecə saatlarında baş verib. 1994-cü il təvəllüdlü Yasin İbrahimov tanımadığı bir şəxslə mübahisə edib və nəticədə bıçaqlanıb. Sonra isə xəstəxanaya çatdırılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 16-sı saat 08:30-da 1994-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır",- deyə məlumatda qeyd olunur.
Əzizə İsmayılova