Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Gəncədə Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev dəfn edildi
Qalıqları Ağdərə rayonunun Sırxavənd kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vaqif Sərdar oğlu Alıyevlə Gəncə şəhərində keçirilən vida mərasimi başa çatıb.
"Report"un məlumatına görə, şəhidin nəşi Gəncə Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Gəncə Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Vaqif Sərdar oğlu Alıyev 1966-cı il mayın 28-də Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub. O, 1993-cü il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Tovuzda Birinci Qarabağ müharibəsinin şəhidi Fuad Ələsgərov dəfn edilib
- Şəhid Sahil İbrahimovun qardaşı: "32 ildir ki, yolunu gözləyirdik"
- Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Sahil İbrahimov dəfn edildi
- I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
- Sabah I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq