Gəncədə uşaq bağçasında bit olduğu iddia edilir.
Oxu.Az-ın məlumatına görə, bu haqda övladlarını Gəncə şəhər 53 saylı Körpələr evi-Uşaq bağçasına aparan bir neçə valideyn iddia edir.
Onlar bildirirlər ki, dəfələrlə övladlarının saçında bit aşkarlanıb və bu haqda bağçanın rəhbər şəxslərinə desələr də, problem öz həllini tapmayıb.
Şikayətçi valideynlər bağçada gigiyenik qaydalara, təmizliyə riayət olunması üçün lazımi tədbirlərin görülməsini istəyirlər.
Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, valideynlərin şikayəti ilə bağlı müvafiq araşdırma aparılır.
Yusuf Məmmədli