Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Anım Günündə İkinci Şəhidlər xiyabanını ziyarət edib
27 sentyabr - Anım Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.
Oxu.Az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Vətən müharibəsinin 4-cü ildönümündə İkinci Şəhidlər xiyabanını ziyarət edərək ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər, şanlı qələbəmizə həsr edilmiş Zəfər parkı ziyarət edilib.
Dövlət Sərhəd Xidməti aparatında, struktur qurumlarında və hərbi hissələrində keçirilən tədbirlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
27 Sentyabr - Anım Günü ilə əlaqədar müdafiə naziri Zakir Həsənov və nazirliyin kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Oxu.Az xəbər verir ki, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.
Mərahim Nəsib
27 Sentyabr - Anım Günü ilə əlaqədar Daxili İşlər Nazirliyinin kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Oxu.Az xəbər verir ki, DİN-in rəhbər heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olanların məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər.
Məhərrəm Əliyev
Gənclər və İdman Nazirliyinin kollektivi İkinci Şəhidlər Xiyabanını ziyarət edib.
Oxu.Az xəbər verir ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar gənclər və idman naziri Fərid Qayıbov və nazirliyin kollektivi Şəhidlər xiyabanını ziyarət ediblər.
Müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.
Mərahim Nəsib
"27 Sentyabr - Anım Günü" teqi üzrə xəbərlər
- 44 günlük Vətən müharibəsində Zəfərin dördüncü ili dörd sözlə: Qarabağ Azərbaycandır və NİDA
- Deputat: "Şanlı Ordumuz millətimizi gələcək nəsillərin qınağından hifz etdi"
- Bu xəbərləri qaçırmayın: 27.09.2024-ün ən mühüm hadisələri
- Xankəndidə uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanan binadan GÖRÜNTÜLƏR
- Doğma yurdlarına qayıdan füzulililər şəhidləri anıblar