Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Elektrik şəbəkəsində gərginliyin qəfil artması vətəndaşı ziyana saldı
Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində gərginliyin qəfildən artması səbəbindən vətəndaşa məxsus elektrik avadanlıqları sıradan çıxıb.
Bu barədə Oxu.Az-a qəsəbə sakini Kamil Səmədov şikayət ünvanlayıb.
Şikayətçi bildirib ki, ötən gün, təxminən, gecə saat 2-3 radələrində Əmircan qəsəbəsinə elektrik enerjisinin verilməsi zamanı gərginliyin artması nəticəsində evlərində olan məişət əşyaları sıradan çıxıb.
"Bununla bağlı Suraxanı Rayon İşıq İdarəsinə müraciət etsək də, orada çalışan istismar rəisi Qədir müəllim məsələni "fors major halı" kimi qiymətləndirib və "biz ona nə edə bilərik?" - deyib bizi yola saldı. Biz bununla bağlı ərizə yazsaq da, baxılmayacağını söyləyib", - deyə şikayət məktubunda yazılıb.
Şikayətlə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanlasaq da, cavab ala bilmədik.
Əzizə İsmayılova
Rəylər