Bakıda məşhur şirkətin pullarını havaya sovuran şəxs həbs edilib. Polis üstündən 20 gün keçsə də, “Gilan-Aqro” MMC-nin ofisindən içərisində külli miqdarda pul olan seyfi aparan şəxslərdən yalnız birini ələ keçirə bilib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, cinayət hadisəsi iyulun 3-də gecə saat 04.00 radələrində Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində yerləşən Boks Federasiyasının binasında törədilib. İki naməlum şəxs federasiyanın inzibati binasının ikinci mərtəbəsində yerləşən “Gilan-Aqro” şirkətinin mühafizəçisinə hücum edib. Mühafizəçi İntiqam Axundovu yaralayaraq əl-qolunu bağlayıblar. Sonra isə şirkətin mühasibatlıq otağına keçərək oradan içərisində 60 000 manat, 4000 dollar olan seyfi aparıblar.
Rayon Polis İdarəsindən verilən məlumata görə, pulla dolu olan seyfi aparan Bakı şəhər sakini Elnur Məmmədov tutulub. Onunla birgə cinayəti törətmiş Mirəhməd Əhmədov isə müəyyən edilib.