İsrail ordusu üçüncü gün iki zabitinin Qəzza bölgəsində həlak olduğunu xəbər vermişdi. Fələstin yaraqlılarına qarşı əməliyyatlar başlayandan 29 hərbçi həlak olub, onlardan biri isə itkin düşüb.
Oxu.Az RİA-Novosti-yə istinadən xəbər verir ki, bu, ilk on gün ərzində məsafəli atışmalardan, sonra isə quru döyüşlərinə keçən İsrailin də iki dinc sakininin həyatını aparan İsrail müdafiə ordusunun 2006-cı ildə İkinci Livan müharibəsindən indiyə qədər ən böyük itkisidir.
Ötən gecə ərzində Qəzza bölgəsində həlak olanlar – tank əleyhinə qoşunların iki zabiti – 23 yaşlı baş leytenant və 26 yaşlı kapitandır.
Fələstin tərəfindən yerli tibb xidmətlərinin hesablamalarına görə əməliyyatlar başlayandan, o cümlədən də üçüncü gün 8 nəfər olmaqla 638 nəfər həlak olub, yaralananların sayı isə dörd min nəfərə çatıb. Daha böyük itkilərlə müşayiət edilən quru döyüşləri Qəzzanın Beyt-Hanundan şimala doğru şərq sərhədlərində cənubda Rəfaha qədər olan hissədə gedir.