“Donetsk Xalq Respublikası”nın povstansları Donetskin şəhərətrafı və rayonlarında mövqelərini tərk edirlər.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Ukrayna ordusu və separatçıların liderləri bu manevrin müxtəlif səbəblərini göstərirlər.
Separatçıların komandirlərindən biri rus zabiti İqor Strelkov Qirkin bəyan edib ki, onun tabeliyində olanlar şəhərin mərkəzində yığılırlar, amma Ukrayna Müdafiə Nazirliyi iddia edir ki, yaraqlılar vilayətin mərkəzindən birdəfəlik gedirlər.
Son üç gün ərzində hakimiyyət qoşunları separatçıları bir sıra yaşayış məntəqələrindən çıxarmağa müvəffəq olublar, onlardan ən irisi Sverdlovskdur.
Məlum olub ki, onlardan biri “Donetsk Xalq Respublikası” liderlərindən biri, Denis Puşilin tutduğu vəzifədən istefa verib, bunu isə yeni işə keçidlə əlaqələndirib.